Qızı Aysel Şükürovanın dəbdəbəli toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun fəaliyyəti barəsində araşdırma başladılması məsələsinə Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə sərt münasibət.

Unikal.org-un əməkdaşına açıqlama verən millət vəkili vurğulayıb ki, o da Q.Şükürovla bağlı məlumatları mətbuatdan izləyir: "Araşdırmanının nəticələrini gözləməliyik. Mən bu adamın qızının toyuna xərclədiyi vəsaitlə tanış deyiləm. Bu məsələ barədə ancaq mətbuatdan eşitmişəm. Əgər həqiqətən sözügedən məmur rəhbərlik etdiyi təşkilatda oğurluq edibsə, həbs olunacaq. Tapılmasa, mən nəsə deyə bilmərəm.

Ümumiyytlə hər hansı bir insan toyunda 400 min pul xərcləyirsə, onu "Maştağa dəlixanasına göndərmək lazımdır: "Halal yolla qazanılan bu məbləği insan belə xərcləməz. Əgər xərcləyibsə, onun yeri Maştağadır.

Amid Əyyuboğlu