Qaradənizdə Kilyos sahillərinin yaxınlığında 2 gəmi toqquşub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyaya məxsus döyüş gəmisi ilə heyvan yüklü yük gəmisinin toqquşması nəticəsində batmaqda olan 45 rus əsgəri Türkiyə Sahil Təhlükəsizliyinin əməkdaşları tərəfindən xilas edilib.

İnsident Bosfor boğazından 40 kilometr şimal-qərbdə baş verib. "Liman" orta kəşfiyyat gəmisi "Aşot-7" gəmisi ilə toqquşub və sonucda "Liman"ın sağ tərəfində, vaterxəttdən aşağıda dəlik yaranıb.

Gəmi heyətindən 45 nəfər xilas olunub. 15 rusiyalı hərbi dənizçi itkin düşüb.