Avropa İttifaqının (Aİ) Ermənistana ayırdığı qrantlar genişmiqyaslı korrupsiyaya uğrayıb.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan istintaq komitəsindən bildirilib.

Qeyd edilib ki, korrupsiya faktının aşkar edilməsində Fırıldaqçılığa qarşı mübarizə idarəsinin Avropa ofisi iştirak edib.

Ermənistan istintaq komitəsinin sədrinin müşaviri Sona Truzyan Armtimes.com-a müsahibəsində deyib ki, korrupsiya skandalı ilə bağlı işdə İstintaq Komitəsi Avropa İttifaqının Ermənistandakı nümayəndəliyi və Fırıldaqçılığa qarşı mübarizə idarəsinin Avropa ofisinin işçiləri ilə aktiv şəkildə əməkdaşlıq edir.

Nəticədə, yarım milyonluq korrupsiya olayını araşdırmaq üçün Brüsseldən xüsusi nümayəndə heyəti, hüquq müdafiəçilərinin Ermənistana gəlməsi gözlənilir.(azvision.az)