Yol polisi ilə motosiklet sürücüsü əlbəyaxa olub.

Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, hadisə Bakı şəhərində baş verib. Belə ki, yol hərəkəti qaydalarını pozan motosiklet sürücüsü yol polisi tərəfindən saxladılıb. Lakin polisə tabe olmayan sürücü hadisə yerindən yayınmağa çalışır.

Motosiklet sürücüsü var-gücü ilə açarları polisə vermək istəmir, nəticədə polislə sürücü əlbəyaxa olur. Bundan sonra yol polisi digər avtomobillərə maneə yaratmamaq üçün motosikleti sürüyə-sürüyə yol kənarına çəkir.
 
Sözügedən hadisədən görüntüləri sizə təqdim edirik: