Dünən saat 16 radələrində "Porsche Cayenne Magnum markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanın vurularaq öldürülməsi barədə xəbər verişdik.

Məlum olub ki, hadisəni törədərək qaçan şəxs iş adamı Füzuli Fərəcovun oğlu Ağəli Fərəcov olub.

Unikal.org-un araşdırmasına görə, paytaxtda fəaliyyət göstərən "MOHİTO" və "PARODİZ" klubları Füzuli Fərəcova məxsusdur.

Bundan başqa iş adamının oğlunun hadisəni törətdiyi avtomobillə paytaxtın Heydər Əliyev prospektində avtoxuliqanlıq etməsi və yol hərəkət qaydasını sərt şəkildə pozması əks olunan videogörüntüləri yayılıb.

Unikal.org həmin videonu təqdim edir: