Bakı polisi Bakıda qadınlardan oğurluq edən şəxsləri yaxalayıb.

Unikal.org DİN-in saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 7-ci PB-nin əməkdaşları tərəfindən mayın 10-da Bakı şəhər sakini Elmira Abbasovanın qızıl boyunbağısını açıq talama yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fuad Abuşov tutulub.

Həmçinin aprelin 7-də metronun "20 Yanvar" stansiyasında Bakı şəhr sakini Rəvanə Yusifovanın içərisində eynək, kosmetik əşyalar və mobil telefon olan çantası oğurlanıb.

Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Cəlal Məmmədov tutulub.