Bakıda avtobus sürücüsünün bu videosu insanları hiddətləndirib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, sürücü çay içə-içə avtobusu idarə edib. Sərnişinlərdən heç biri bu hərəkətinə görə ona etiraz etməyib.

 
Qeyd edək ki, Bakıda sərnişin avtobuslarının hər gün yol hərəkəti qaydalarını kobud şəkildə pozması, ölümlə nəticələnən qəzalar törətməsi artıq adiləşib. Avtobus sürücülərinin sərnişinlərlə kobud davranması, avtobusların qapılarının açıq şəkildə idarə olunması, sərnişinlərin həyatının riskə atılması kimi hallar da tez-tez gündəmə gəlir.