Bakının ən böyük qəbiristanlıqlarının birini fermaya çeviriblər.

Unikal.og xezerxeber.az-a istinadən bildirir ki, söhbət Keşlə qəbirstanlığından gedir. Sahibkar qəbiristanlıqda döyüş xoruzları saxlayır. Təsərrüfat sahibi kefi istəyəndə qəbirlərin yanında xoruzları döyüşdürür.

Qəbiristanlığın müdiri isə verdiyi açıqlamalarla özünü gülməli vəziyyətə qoyub.

Həzi Aslanov metrosunun yaxınlığındakı qəbiristanlıqda isə qoyun saxlanılır. Döyüşkən xoruzlar qəbirlərin üstündə gəzir, yaxud qəbirlərin arasında döyüşürlər.

Qəbristanlığın içində döyüş xoruzları saxlayan şəxs kefi istəyəndə onları elə burda da döyüşdürür.

Xoruzların sahibi müsahibə vermək istəmir. Öz yerinə qəbiristanlığın müdirini qabağa verir. Müdir isə vəziyyətdən narahat olduğunu xoruzu saxlayanın öz yanında etiraf edir.

Amma müdir bunu açıqlamır ki, niyə xoruzların qəbiristanlıqda saxlanılmasına icazə verib...

Həzi Aslanov metrosunun yaxınlığındakı qəbristanlıqda isə bir nəfər qoyun saxlayır. Qəbirlərin 1 metrliyində qoyun peyini tökülüb, ətrafdan üfunət iyi gəlir.

Lakin qoyunları saxlayan adam burda bir qəbahət görmədiyini deyir və əsassız arqumentlər gətirir. Deyir ki, qoyunların peyinlərindən ölü yiyələrinə də verir ki, əkdikləri gül və ağacların dibinə töksünlər.
Əgər qəbristanlığın şəxsi təsərrüfata çevrilməsini bu qədər adi məsələ kimi qəbul edirlərsə, daha deməyə söz tapmırıq. Bu qəbiristanlığın müdirini axtarıb mövqeyini öyrənmək istəsək də, onu tapa bilmədik.