"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın idman gimnastı Murad Ağarzayev qızıl medal qazanıb. 

Unikal.org xəbər verir ki,  Ağarzayev sərbəst hərəkətlər üzrə final mərhələsində birinci yeri tutub.

Əlcəzairli Ahmed Anis Mauc gümüş, türkiyəli Ahmet Önder bürünc medala sahib olub.