İzmirin Foça Mahalında, qızlarını döydüyü səbəbiylə polis nəzarətinə alınan 28 yaşlı Vusala N., məhkəmənin çıxardığı  qərarla həbs edilib. 

Unikal.org xəbər verir ki, Azərbaycanlı ərindən boşandıqdan sonra, ikinci dəfə türkə ərə gedən və İzmirin Yenibağarası Məhəlləsində iki qızıyla birlikdə yaşayan Vusala N.-nin övladlarını döydüyünə görə, edilən şikayət əsasında polis tərəfindən saxlanılıb. 

Dünən Vusala N. və həyat yoldaşı nəzarətə alınıb. Bədənlərinin müxtəlif yerlərində izlər olan 4 və 6 yaşlarındakı qız uşaqlarının döyüldüyü, edilən müayinədə məlum olub. 

Əməliyyatları sonrası ədliyyəyə sövq edilən Vusala N.,  övladlarını döydüyü üçün həbs olunub. Ögey ata isə günahının olmadığı aydın olub və sərbəst buraxılıb.

Qeyd edək ki, analarının həbsindən sonra 2 azyaşlı uşaq isə körpələr evinə verilib.