Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Qarağac kənd sakini, 1994-cü il təvəllüdlü Orucov Elmir Etibar oğlu tanışı tərəfindən bıçaqlanıb.

Şirvan şəhər Xəstəxanasına çatdırılan E. Orucovun üzərində cərrahiyyə əməliyyatı aparılır.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində cinayət işi açılıb.