Bakının Badamdar qəsəbəsində tükürpədici hadisə baş verib.

Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, mayın 14-də qəsəbəsinin 1-ci massiv adlanan ərazisində Minə adlı qadın 4 it balasının üzərinə benzin tökərək yandırıb. Daha sonra isə heyvanların yanmış cəsədlərini Badamdarda dağlıq hissədən aşağı atıb.

Hadisədən məlumatı olan bir neçə vətəndaş itlərin yanmış cəsətlərini taparaq həmin ərazidən çıxarıblar.