Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən güllə atıcısı Ruslan Lunyov daha bir qızıl medal qazanıb. 

Unikal.org-un məlumatına görə, 28 yaşlı idmançı bu dəfə kişilər arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmada fərqlənib.

O, 240,7 xalla 1-ci yeri tutub. Türkiyəli Yusuf Dikeç 239,7 xalla 2-ci, pakistanlı Muhammad Şehzad Axtar 218,6 xalla 3-cü olub.

Qeyd edək ki, bu, Ruslan Lunyovun İslamiadada 4-cü qızıl medalı olub.