Ötən ilin avqustunda İstanbulda güllələnən azərbaycanlı "qanuni oğru "Rövşən Lənkəranskinin klanında ciddi parçalanma baş verib.

Unikal.org musavat.com-a istinadən xəbər verir ki, "Şeyx Həmzət ləqəbli çeçen kriminal avtoritet Həmzət Qastemirovun "qanuni oğru adı almasına görə klanda ciddi qarşıdurma yaranıb. İş ondadır ki, "Lənkəranskinin yaxın ətrafına daxil olan, son illər Türkiyədə məskunlaşan "Şeyx Həmzət hələ də "qanuni oğru deyil. O, bir neçə dəfə buna cəhd etsə də, "Lənkəranskinin razılığını ala bilməyib. "Lənkəranskinin qətlindən sonra onun Türkiyədəki obyektlərinə yiyələndiyi deyil "Şeyx Həmzət indi bu adı almaq üçün fəaliyyətə başlayıb.

O, Almaniyada yaşayan 71 yaşlı kriminal avtoritet Valter Caceyanın dəstəyi ilə bu titula sahiblənmək istəyib. Rusiyanın "1 nömrəli "qanuni oğrusu hesab edilən Zaxari Kalaşov ("Şakro Molodoy) həbsdə olduğu müddətdə hələ heç bir kriminal klan kiməsə "qanuni oğru adı verməyib.

Çünki "Şakro titulun verilməsi ilə bağlı sərt qadağalar qoyub. İndi isə 71 yaşlı Caceya "mən "Şakronun həbsdən çıxmasını gözləyən deyiləm deyərək "Şeyx Həmzət "qanuni oğru adı verilməsi məsələsini müzakirəyə çıxaracağını deyib. "Lənkəranski klanında yer almış "Kor Əhməd bu məsələdə "Şeyx Həmzətə dəstək vəd edib. Rövşən qətlə yetiriləndə onun yanında olan "Hacı Beyləqanski yə zəng edən Caceya qarşı tərəfdən sərt cavab alıb. "Beyləqanski deyib ki, o, "Şeyx Həmzətin statusunu deyil, onun "taclandırması məsələsi ilə məşğul olmalıdır. Caceye bu cavabdan qəzəblənib və "Beyləqanskinin hələ uşaq olduğuna işarə edən sözlər deyərək telefonu "Şeyx Həmzətin üstünə atıb. "Şeyx Həmzət isə Hacını Rövşənin xatirəsi satmaqda ittiham edib, onu "Quli yə tərəf keçməkdə ittiham edib. Rusiya mediası iddia edir ki, kriminal avtoritetə "Quli klanı zirehli maşın və 30 min dollarlıq saat bağışlayıb...