Məşhur amerikalı reper Niki Minaj fanatlarının təhsil haqlarını ödəyib.

Unikal.org xəbər verir ki, ötən günlərdə xanım reper bu barədə öz "Twitter hesabında "Mənə yüksək qiymətlərinizi göstərin, təhsil haqlarınızı ödəyim yazmışdı.

Nəticədə izləyiciləri öz qiymətlərini göstərmiş və ehtiyacı olan məbləği bildirmişdi. Sənətçi isə ondan kömək istəyən bütün tələbələrə lazım olan məbləği ödəyərək "İnstagram" səhifəsində paylaşıb.

Niki bu prosesin əyləncəli olduğunu, yaxın zamanlarda yenə bunu edəcəyini bildirib.

Qeyd edək ki, xanım reper bütün ölkələrdən tələbələrin qatıla biləcəyini bildirmişdi.