"Hicaba gəlməzdən əvvəl çox qisqanc idim. Həyatımı görün nələrə həsr etmişəm: yuxudan ayılırdım, saytlara baxırdım, kiminsə müsahibəsini görəndə əsəbiləşirdim ki, məndən niyə yazmırlar? Deyirdim, mütləq layihə etməliyəm ki, məndən yazsınlar.

Unikal.org-un məlumatına görə, bu sözləri müğənni Xuraman Şuşalı "Hər şey daxil verilişində deyib.

Sənətçi ailə qurub, hicab bağlayana qədər sənət dostlarını çox qısqandığını etiraf edib:

"Deyirdim, radioda filankəsin mahnısı gedir, mənimki də yayımlanmalıdır.Gedirdim radioya pul verirdim ki, mənim də mahnılarımı səsləndirin. Birində mahnı eşidirdim, gedib həmin bəstəkara deyirdim ki, 5 min verirəm mənə də ondan gözəl mahnı yaz. Ən bahalı ayaqqabını alırdım. İndi işimi fərqli yerə yönəltmişəm. Xına mərasimlərinin təşkili ilə məşğulam. Hər dəfə qazancımın çoxunu işimə xərcləyirəm. Deyirəm, mənim dekor digərlərinkindən qəşəng olsun".