APA TV-nin "Show time verilişində qonaq olan Əməkdar artist, aktyor Rəhman Rəhmanov oğlunun faciəvi ölümündən danışıb.

Unikal.org xəbər verir ki, aktyor oğlunun ölüm xəbərini eşidən gündən xəstəliyə düşdüyünü bildirib:

"Oğlumun faciəvi ölümünə pis oldum. Həmin vaxtdan sonra xəstəliyə tutuldum, şəkər xəstəsi oldum. Onun vəfat etməsi xəbərini qəfildən dedilər, həmin anda da bədənimdə dəyişiklik hiss etdim. Oğlum çox gözəl müğənni idi. Evləndirmişdim,gözəl ailəsi var idi. Övladımı heç nədən itirdim. Ev tikdirirdik, ikinci mərtəbəsi qurulurdu. Evin içindən də pilləkən qaldırıldı. O pilləkən də tam qurulmamışdı. Yerdən 3 metr məsafədə idi. Oğlum o pilləkəndən yıxılıb, başına daş batdı, daş da düz şah damarını kəsdi. Heç cür biz onu xilas edə bilmədik. Həyatımın ən çətin dövrü bu idi.