"Eurovision təmsilçilərimizdən olan müğənni Safurə Əliyeva həyat yoldaşı Fərhad Əliyevlə yeni fotosunu paylaşıb.

Unikal.org-un məlumatına görə, keçmiş müğənni əri ilə Hindistanda dincəlir.

Qeyd edək ki, Safurə energetika naziri Natiq Əliyevin oğlu ilə ailəlidir. Cütlüyün İsgəndər adlı bir oğlan övladı var. S.Əliyeva ailə qurduqdan sonra İstanbula köçüb və sənətdən uzaqlaşıb.axşam.az