"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası finala yüksəlib. 

Unikal.org-un məlumatına görə, Faiq Qarayevin baş məşqçi olduğu komanda yarımfinalda Tacikistanı asanlıqla üstələyib - 3:0 (25:16, 25:10, 25:6).

Finalda rəqib saat 19:30-da başlanacaq Türkiyə - Qırğızıstan görüşünün qalibi olacaq. Həlledici qarşılaşma mayın 18-də keçiriləcək.