Dünyada ən bahalı torpaq sahəsi Honkonqda hökumət hərracında satılıb.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, "Henderson Land" şirkəti hərraca çıxarılmış torpaq sahəsinə görə 2,8 milyard dollar ödəyib.

Hazırda həmin bölgədə beşmərtəbli bina yerləşir. Şirkət 2022-ci ilədək həmin ərazini təmizləyərk yüksək səviyyəli biznes mərkəzi tikəcəyini elan edib.