İşğal altında olan Qubadlı rayonunun ən son görüntüləri yayılıb.

Görüntülər rayonun Xanlıq kəndində çəkilib.

Xanlıq kəndi Azərbaycanın məşhur xalçaçılıq məntəqələrindən biridir. Burada istehsal edilən xalçalar hər zaman məşhur olmuş və öz yüksək keyfiyyəti ilə seçilib. Kənddə toxunan Xanlıq xalçası dünya bazarlarına və yarmarkalarına çıxarılan xalçaların ən yaxşıları hesab edilirdi.

Azərbaycanın cənubunda, Qubadlı rayonundan 18 km cənub - şərqdə yerləşən Xanlıq kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir.

Bu yaxınlarda Xanlıq kəndində tikilən qəsəbədə daha bir erməni ailəsini evlə təmin ediblər.