Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 60 kq çəki dərəcəsində mübarizə aparan boksçuların mükafatlandırma mərasimi keçirilib.

Unikal.org-un məlumatına görə, mükafatlandırma mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev qaliblərə medalları təqdim edib.

Bu çəkidə dünya çempionumuz Cavid Çələbiyev birinci olub.

Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.