İki çinli cərrah əməliyyat zamanı dalaşıblar.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Lanıkao şəhərinin tibb müəssisələrinin birində baş verib.

Qeyd olunub ki, əvvəlcə bir həkim həmkarı ilə mübahisə edib, sonra isə mübahisə davaya çevrilib.

Davanı ayıran tibb işçiləri, əməliyyat masasında olan xəstəni unudblar. Hazırda polis həmin hadisənin başvermə səbəblərini araşdırır. Xəstənin vəziyyəti barədə məlumat verilməyib.