Meksikada 3 silahlı şəxs Akapulkodan Mexikoya gedən 20 polis əməkdaşını qarət edib.

Unikal.org-un məlumatına görə, turist avtobusunda paytaxt Mexikoya gedən polis əməkdaşları silahsız olublar.

Avtobus yolda xarab olan zaman soyğunçular bu məqamdan istifadə edərək polislərə silahla hədə qorxu gəlib, onların saat, mobil telefon və çantalarını götürüblər.

Naməlum şəxslərin kimliyi araşdırılır.