İtaliya kubokunun finalında "Yuventus"la "Latsio" arasındakı matçdan sonra maraqlı hadisə yaşanıb.

Unikal.org qol.az-a istinadən xəbər verir ki, bu görüşdə 2:0 hesabı ilə qalib gələn turinli futbolçular qələbəni bayram edərkən "Yuventus"un oyunçusu Dani Alves canlı yayım zamanı hadisələri şərh edən telejurnalistin belinə minib.