Bakıda gənc oğlan güllələnib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Dadaşov Elnur Etibar oğlu Maştağa qəsəbəsi, Albalılıq adlanan ərazidə tanımadığı şəxs tərəfindən güllələnib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.