Xalq artisti Aftandil İsrafilov sabah oğluna toy edir.

Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, qarmon ifaçısının oğlu Aydın Gülsüm adlı xanımla ailə həyatı qurur.

Toy məclisi Bakıdakı məşhur şadlıq saraylarından birində keçiriləcək. Gecəyə xalq artistinin sənət yoldaşları, millət vəkilləri, tanınmış simalar dəvətlidir.

Qeyd edək ki, A.İsrafilovun oğlu xaricdə yaşayır.O, bir neçə ildir ki,biznes fəaliyyəti ilə məşğuldur.