"Bakı-2017də kişilər arasında uşu yarışlarında ölkəmizi təmsil edən beynəlxalq turnirlərin qalibi Pərviz Abdullayev (75 kq) səkkizdəbir finalda türkmənistanlı Rehmet Ovezberdiyev ilə döyüşüb.

Unikal.org xəbər verir ki, qarşılaşmada rəqibinə 2:0 hesabı ilə qalib gələn idmançımız İslamiadanın dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Yarışlarda 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Orxan Hətəmov da ilk görüşünü qələbə ilə başa vurub. Yarışa dörddəbir finaldan başlayan Avropa çempionumuz İordaniya təmsilçisi Ammar Alşami ilə görüşdən 2:0 hesablı qələbə ilə ayrılaraq İslamiadanın yarımfinalına adlayıb.