Hindistanın Telanqana ştatında aprelin 1-dən bəri istidən azı 167 nəfər dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, "Deccan Chronicle nəşrinin yaydığı məlumata görə, son bir neçə gündür Telanqana ştatında termometrin göstəricisi 40 dərəcə Selsidən aşağı enmir. Ştatın bəzi rayonlarında isə havanın hərarəti 47 dərəcəyə çatır. Şiddətli istilərin daha bir neçə gün davam edəcəyi gözlənilir.

Xatırladaq ki, 2016-cı ildə Hindistanda əsasən mart-may aylarına müşahidə olunan güclü istilər nəticəsində 700 nəfərə qədər insan həyatını itirib. Dünyasını dəyişənlərin əksəriyyəti Telanqana və Andhra-Pradeş ştatlarının sakinləri olub. Ən çox ölüm halları isə 2015-ci ildə qeydə alınıb. O zaman istidən ölənlərin sayı 2,3 min nəfərə çatmışdı.