Aktrisa Serenay Sarıkaya aktyor sevgilisi Kərəm Bürsinlə ailə quracaqları barədə suallara cavab verib.

Unikal.org axşam.az-a istinadən bildirir ki, o, münasiətlərində hər şeyin qaydasında olduğunu deyib:

Xoşbəxtik. Hər şey gözəl gedir. Mənim bir şeyə diqqət ayırmağım üçün etdiyim işləri yekunlaşdırmalıyam. Yəqin ki aktrisalıqda müəyyən bir yetişkinliyə çatdığım zaman ailə və uşaq fikrinə düşə bilərəm. Bu, mənim seçimimdir. İkimizin də gözəl bir karyerası var. Çox gəncik, düşünürəm ki, evlilik üçün tezdir".