ABŞ-da sərnişin təyyarəsi yük avtomobili ilə toqquşub.

Unikal.org bildirir ki, hadisə Los-Ancelesdə (Kaliforniya ştatı) baş verib.

Şəhərin yanğından mühafizə xidmətinin məlumatına görə, hadisə zamanı 6 nəfər xəsarət alıb. Yaralılardan biri ağır vəziyyətdədir.

Yük avtomobili toqquşmadan sonra aşıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.