İyunun 14-də Bodrumda "Yachtshow Eurasia" yaxta satış sərgisi keçiriləcək. Satışa 140 milyon TL dəyərində "ikinci əl" yaxtalarla yanaşı, 200 milyon lirəlik yeni yaxtalar da çıxarılacaq.

Ən maraqlı "eksponat" isə 340 milyon TL qiyməti olan yaxtadır.

Unikal.org virtualaz.org-a istinadən bildirir ki, satış sərgisinin təşkilatçıları "Bodrum Palmarina"da satılacaq 180 yaxtanın alıcıları arasında Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ kimi Yaxın Şərq ölkələri ilə yanaşı, İngiltərə, Rusiya və Azərbaycandan da müştərilərin olacağını gözləyirlər.