Əfqanıstanın paytaxtı Kabildə Almaniya vətəndaşı olan qadın naməlum şəxslər tərəfindən öldürülüb.

Bu barədə DPA agentliyi Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Finlandiya vətəndaşı olan qadın isə oğurlanıb. Bununla bərabər, hər iki əcnəbinin olduğu binanı qoruyan əfqan mühafizəçi də yaralanıb. Hadisənin detalları və hücum edən şəxsləri məqsədi hələ məlum deyil.