Sosial şəbəkədə dəniz şirinin kiçik qıza hücum videosu yayılıb.

Unikal.org xəbər verir ki, hadisə Kanadada, Britaniya Kolumbiyasında baş verib. Heyvan ani olaraq sudan çıxaraq uşağı tutub və onu suyun altına aparıb. Qızın ailə üzvləri və ətrafdakılar onun köməyinə tələsiblər. Nəticədə uşağı xilas etmək mümkün olub.

Onu xilas etmək üçün suya atılan kişi qızı sahildəki insanlara verib, daha sonra onların köməyi ilə özü çıxıb.