Yeni yaradılacaq Ekstremizm ideologiyası ilə ümumdünya mübarizə mərkəzinin mənzil-qərargahı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşəcək.

Unikal.org-un məlumatına görə, bu barrədə "Ash Sharq al-Awsat qəzeti məlumat yayıb.

Ər-Riyadda keçirilən Ərəb-İslam-Amerika Sammitində iştirak edən dövlət və hökumət başçıları Səudiyyə Ərəbistanının bu barədə təklifini bəyənib.

Ekstremizm ideologiyası ilə ümumdünya mübarizə mərkəzinin əsas məqsədi ideoloji sferada ekstremist tendensiyaların yayılmasına qarşı mübarizə aparmaq, eyni zamanda dünyada ənənəvi, mülayim islamın əsaslarının möhkəmlənməsinə kömək etməkdir. Mərkəzin yaradılması Səudiyyə Ərəbistanının kralı Salman ben Abdel Əziz əl-Səudla ABŞ prezidenti Donald Trampın görüşündə razılaşdırılıb. Mərkəzin açılışı Ərəb-İslam-Amerika Sammiti başa çatandan sonra elan ediləcək.