Ötən həftə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu ölkədə yaşamaq və işləmək hüququ verən "Greencard lotereyasının nəticələrini açıqlayıb.

Unikal.org "qafqazinfoya xəbər verir ki, budəfəki uduşda 224 Azərbaycan vətəndaşı "Greencard sahibi olub. 2018-ci ildən etibarən Amerikada yaşamağa şans qazananlar arasından 91-i qadın, 133-ü kişidir.

Əldə etdiyimiz məlumata görə, həmin siyahıda şou-biznesin tanınmış simaları da yer alıb.

Onlar arasında keçmiş "Dəyirman qrupunun solisti Elmir Məhərrəmov və müğənni Elariz Məmmədoğlu var. İki məşhurun adları Azərbaycandan "Greencard udanların tam siyahısınında yer alıb.