Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində son yarış günündə uşu yarışları keçirilib.

Unikal.org xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Vüqar Kərəmov həlledici görüşdə İran idmançısı Saeid Fazeli ilə qarşılaşmada məğlub olub.

Belə ki, qarşılaşma 0:2 hesabı ilə İran idmançısının qələbəsi ilə başa çatıb, idmançımız gümüş medalla kifayətlənib.