Bakıda yaşayış binasında yanğında ölən qardaşların şəxsiyyəti müəyyənləşib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, yanğın nəticəsində Çeykullayev Aleksandr Petroviç (52 yaş) və Çeykullayev Anatoli Petroviç (54 yaş) yanaraq ölüb.

Bakıda yaşayış binasında baş vermiş yanğının qarısı alınıb.

XXX

Unikal.org
xəbər verir ki, APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğında iki qardaş ölüb.

Onların kimliyi dəqiqləşdirilir.

Araşdırma aparılır.

XXX

Bakıda yaşayış binası yanır.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospekti 11 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

 
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.