ABŞ prezidenti Donald Trampın İsrailə səfəri zamanı kuryoz hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüş zamanı onun əlini sıxmağı unudub. Nümayəndə heyətinin müdaxiləsindən sonra ABŞ prezidenti geri qayıdaraq Netanyahunun əlini sıxıb.

Trampın bu hərəkəti Netanyahunu təəccübləndirib.

Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp İsrailə səfərə gedib.