İngiltərənin paytaxtı Londonda beş ulduzlu otellərin birində ofisiant kimi çalışan 21 yaşlı Viviana Ross işdən qovulub.

Unikal.org xəbər verir ki, onun işdən qovulmasına səbəb kimi müştəriylə yaxın əlaqə qurduğu göstərilir.

Belə ki, o otelin restoranında "Karib dənizinin quldurları" filminin ulduzu Orlando Bloom ilə tanış olub və 40 yaşlı aktyorla oteldə bir gecə keçirib.

Aktyor otağı tərk etdikdən sonra içəri daxil olan otel müdiri ofisiantın çılpaq olduğunu görüb. Və müştəriylə yaxınlıq etdiyinə görə qız işdən çıxarılıb.

Rossun yaxın rəfiqəsi bildirib ki, o işdən qovulduğu üçün təəssüf hissi keçirir. Amma etdiyi hərəkətdən isə peşman deyil.

Orlando Bloom ile Birlikte Olan Garson...by haberler