Bu gün ailə həyatı qurmağa hazırlaşan tanınmışlardan biri də xalq artisti Aygün Bayramovadır.

Unikal.org axşam.az-a istinadən xəbər verir ki, 49 yaşlı muğam ifaçısı İran vətəndaşı olan Fəraməz Gərmrudi ilə ailə qurur. Cütlüyün toyu Bakıda yerləşən otellərdən birində olacaq. Məclisə sənət aləminin tanınmış simaları dəvət olunub.

Qeyd edək ki, bu, A.Bayramovanın ilk nikahıdır. F.Gərmrudi musiqiçidir və dəfələrlə Bakıda keçirilən konsertlərdə çıxış edib. Həmçinin qeyd edək ki, bu gün əməkdar artist Abbas Bağırov da subaylığın daşını atır.