Bakıda Əhmədli metrosunun yaxınlığında avtobus sürücüsü ilə sərnişin arasında mübahisə düşüb.

Unikal.org Baku.ws-ə istinadən xəbər veriur ki, videodan göründüyü kimi 62 nömrəli avtobusda sərnişinlə sürücü arasında gərginlik yaşanıb.
 
Mübahisəyə səbəb sərnişinin avtobusa "dik"lə daxil olmaq istəyi olub. Sürücü sərnişinə etiraz edib və tikinti materialını dərhal aşağı salmasını tələb edib.
 
Sonda sərnişin sürücü haqqında polisə şikayət edib və hadisə yerinə PPX əməkdaşları gəlib.
 
Bundan sonra iki tərəf arasında mübahisəyə son qoyulub.