İngiltərənin Mançester şəhərindəki ticarət mərkəzində partlayış səsi eşidilib, insanlar binadan təxliyyə olunub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində yerləşən "Arndale ticarət mərkəzində baş verib. Şahidlər onlarla insanın binadan qaçdığını bildiriblər. "Sky News telekanalı polisin ticarət mərkəzində 1 nəfəri saxladığı barədə xəbər yayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıb, insanları tez bir zamanda ərazini tərk etməyə çağırıblar.