Azərbaycanlı aktrisanın başı yarılıb, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Mingəçevir Dövlət Dram Teatrının aktrisası, əməkdar artist Ella Yaqubova başından ağır xəsarət alıb.

Unikal.org xəbər verir ki,  teatrın aktyorları Asim Məmmədov və İlqar Rəhimovun mübahisəsi sonda davaya çevrilib.

Aktyorlardan birinin digərinə atdığı külqabı araya girən aktrisanın başını yarıb.

Əməkdar artist dərhal xəstəxanaya yerləşdirilib.

Aktrisanın durumunun ağır olduğu bildirilir.