Şəxsi həyatında baş verən qalmaqallarla gündəmə gələn azərbaycanlı oliqarx Fərhad Əhmədov villasının görüntülərini paylaşıb.

Oliqarx İsmayıllı rayonunda yerləşən villasının görüntülərini öz Facebook səhifəsində paylaşıb.

Görüntülərdə onun villasın xüsusi dizayn edildiyi öz əksini tapıb. Villanın ətrafında böyük göl və torpaq sahəsi var.

Qeyd edək ki, Fərhad Əhmədov keçmiş arvadı Tatyana Əhmədova ilə qalmaqal yaşayır. Oliqarx öz məxfi bəyanatında Tatyananı çoxsaylı eşq xəyanətlərində, həmçinin oğlunun sinif yoldaşının qardaşı ilə, ittiham etmişdi.

Azərbaycanlı oliqarxı London Ali Məhkəməsinin qərarına görə, Tatyana Əhmədovaya £453 milyon ödəməlidir. Bu boşanma prosesi Böyük Britaniyada ən bahalılardan biridir. Xatırladaq ki, bir neçə gün əvvəl dünya mətbuatı oliqarxın ona xəyanət edən arvadının fotosunu yaymışdı.