Zaqatala rayonunda Burhan adlı müğənninin rayon mərkəzindəki parkda konserti sosial şəbəkədə müzakirəyə çevrilib.

2016-cı ilin avqust ayında lentə alınan görüntülərdə hərəkətləri ilə diqqət çəkən müğənni parka yığışan bir neçə vətəndaşın qarşısında konsert proqramı ilə çıxış edib.

Sosial şəbəkədə bu günlərdə yayılan görüntülər isə birmənalı qarşılanmayıb.

Unikal.org xəbər verir ki, metbuat.az -a bu konsert haqda danışan tibb elmləri doktoru Rəşid Mahmudov özündən çıxıb:

"Cəmiyyət tamamilə korlanıb, təzədən korlanacaq?! Çünki qınaq yoxdur. Ziyalılar ortaya çıxmalıdır. Dövlətin, millətin, xalqın sərvəti onun ziyalısıdır. Ziyalı önə çıxmalıdır və bu məsələyə qarşı öz sözünü deməlidir, mübarizə aparmalıdır. Cəmiyyət korlanmasın deyə ziyalılar cavabdehdir. Mühiti yaradan onlardır. Əgər mühit yarada bilmirlərsə, deməli, onlar ziyalı deyil. Özbaşınalıqdır, kim nə istəyir edir. Belə olmaz! Bu, düz yol deyil. Bu, bir xəstəlikdir. Onların konsert verməsinə icazə verilməməlidir. Onlar Məhəmməd peyğəmbərin dövründə də olub, indi də var, gələcəkdə də olacaq. Amma onu artırırlar, çoxaldırlar. Jurnalistlər də ziyalı kimi mövqeyini ortaya qoyub, bu məsələyə qarşı mübarizə aparmaldır".