Türkiyənin ictimai televiziyası TRT-də Ramazan ayı boyunca quran oxumaq müsabiqəsi yayımlanacaq.

Unikal.org-un Türkiyə mətbuatına istinadən məlumatına görə, TRT Ramazan ərzində "Quranı gözəl oxuma yarışması təşkil edəcək.

Format olaraq Acun İlicalının TV8 kanalında yayımlanan "O Ses Türkiye proqramına oxşayan müsabiqədə hər gün 5 iştirakçı quran oxuyaraq gün birinciliyi üçün yarışacaq.

Studiyadakı tamaşaçıların və münsif üzvlərinin səsləri ilə müəyyən edilən gün birinciləri isə həftə finalında quran oxuyaraq ayın qalibi seçilmək uğrunda yarışacaqlar.