Həkim qalmaqallarına biri də əlavə olunub, ancaq bu dəfə həkim səhvi tibbi deyil.

Unikal.org xezerxeber.az-a istinadən xəbər verir ki, Sumqayıtda Rzayevlər ailəsi həkim saxtakarlığı ilə üzləşib. Onlar böyrək çatışmazlığından əziyyət çəkən gəlinlərini əməliyyat üçün bel bağladıqları həkimin dələduzluğuna düçar olublar. Türkiyəyə əməliyyata xəstə aparmaq üçün Bakıda ofis tutan həkim onların 30 min dollar pulunu alaraq aradan çıxıb.

İndi ailə çarəsiz qalıb, 3 ildir nə həkim tapılır, nə də pul.