Bakının Heydər Əliyev prospektində yola səhv nişan quraşdıraraq sürücüləri və piyadaları çaş- baş salıblar.

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, qeyd olunan yolda ("Koroğlu" metrosundan üzü şəhər istiqamətinə olan hissədə) sağ zolağın üstünə piyada keçidini bildirən 5.16.2 nişan qoyulub və həmin nişanın altına əlavə məlumat üçün 7.14 hərəkət zolağı lövhəciyi quraşdırılıb.

Bu iki nişan birgə tətbiq edildikdə mənası belə olur: "Piyada keçidi yalnız sağ zolağa aiddir". Buradan sual yaranır ki, piyada keçidi ancaq sağ zolağa necə aid ola bilər?

Qanunda 5.16.2 nişanının bu cür tətbiq edilməsi nəzərdə tutulmayıb. Həmin nişanı ora qoyan şəxsin, yəqin ki, yol hərəkəti qaydalarından xəbəri yoxdur. Əslində isə həmin 7.14 lövhəciyi 5.16.2 nişanı ilə yox, 4.6 piyada yolu nişanı quraşdırıla bilərdi.