Gəncədə intihar hadisəsi baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə mayın 24-də axşam saatlarında şəhərin 4-cü mikrorayon ərazisində baş verib. Şəhər sakini, 1995-ci il təvəllüdlü Yusifov Məcid Əhməd oğlu həmin ərazidə yerləşən 23 saylı beşmərtəbəli binanın 5-ci mərtəbəsinin damından özünü atıb. M.Yusifov hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.